veten informasiya agentliyi

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə

Tarix:5-07-2023, 15:41
Baxış Sayı:358

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Qaragüney kənd sakini olan 17 yaşlı bir qızın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə müəyyən edilərək istintaqa cəlb olunublar.
Dindirilmə zamanı E.Nurəhmədov həmkəndlisi olan qızı qardaşının və tanışının köməkliyi ilə evlənmək məqsədilə qaçırdığını bildirib. Hadisədən sonra qız ailəsinə təhvil verilib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu - bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?