veten informasiya agentliyi

DOST İş Mərkəzi Naxçıvan MR-da 300-dən çox şəxsi ödənişli ictimai işlə təmin etdi

Tarix:21-06-2023, 17:13
Baxış Sayı:117

DOST İş Mərkəzi Naxçıvan MR-da 300-dən çox şəxsi ödənişli ictimai işlə təmin etdi

Yaxın günlərdə Muxtar Respublikada daha 200 şəxs
haqqı ödənilən ictimai işlə təmin olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında “İşsizin dostu” proqramına başlanıb.

Proqram üzrə Muxtar Respublikada 500 nəfər ödənişli ictimai işlərlə təmin ediləcək.

Bu məqsədlə DOST İş Mərkəzi ilə Culfa, Ordubad, Şərur, Şahbuz, Babək, Kəngərli rayon İcra Hakimiyyətləri və Naxçıvan MR-nın kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı ASC arasında sazişlər imzalanıb.

Həmin sazişlər əsasında artıq 300-dən çox şəxs işlə təmin olunub. Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslər müxtəlif fəaliyyət sahələri üzrə işlə təmin edilməklə, həmin sahələrə aid ilkin peşə bacarıqları əldə etmək imkanı da qazanıb.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon mərhələsi keçirilib
X-XI sinif şagirdləri ilə görüşüblər
X-XI sinif şagirdləri ilə görüşüblər
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Direktorların yerdəyişməsi müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətənpərvərlik mövzusunda tədbir keçirilib
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərimizdəndir
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
Şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak ediblər
"Füzuli dünyası" adlı tədbir keçirilib
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb
46 məktəblimiz Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb