*Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində* mayın 30-da rayon ərazisində “İsuzu” markalı bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Yadigar Nəsirov saxlanılıb.
*Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi* (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) *ilə axtarışda olması müəyyən olunub.*