veten informasiya agentliyi

“Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

Tarix:5-06-2023, 14:57
Baxış Sayı:250


Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə cari ilin 07-11 iyun tarixlərində "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri” keçiriləcəkdir.

Yarışa iyunun 7-də saat 10:30-da paytaxtın Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. Velosipedçilər həmin gün Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və DİN BDYPİ-nin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil” otel kompleksinin qarşısında yekun vuracaqlar.

İkinci tura iyunun 8-də Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar.

Üçüncü tura iyunun 9-da Qəbələ rayonunda start veriləcək və velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar.

Dördüncü tura iyunun 10-da Gəncə şəhərindən start veriləcək. İdmançılar Gəncə-Şəmkir yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər.

Sonuncu tura iyunun 11-də Beyləqan rayonunda start veriləcək. Velosipedçilər Beyləqan-Füzuli-Xocavənd-Zəfər yolu marşrut xətti üzrə hərəkət edərək beynəlxalq turnirə Şuşa şəhərində yekun vuracaqlar. Turlar səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Ölkəmizin tanıdılması, beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsi və işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sözügedən turnirin təhlükəsiz şəraitdə keçməsi üçün əhalidən, xüsusilə sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir, mötəbər idman tədbirinin yüksək səviyyədə təşkilinə töhfə verməyə çağırırıq.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?