veten informasiya agentliyi

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib

Tarix:2-06-2023, 18:00
Baxış Sayı:58

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair  növbəti respublika müşavirəsi keçirilib
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair  növbəti respublika müşavirəsi keçirilib
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair  növbəti respublika müşavirəsi keçirilib
Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib.

Tədbirdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.

Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndakı tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Komissiya sədri bildirib ki, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 37%-dən çox, fiziki şəxs fərdi sahibkarların sayında 59,5%, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 6,3 dəfə artım olub. Eyni zamanda, bu sahədə əldə edilmiş naliliyyətlərin davamlılığını təmin etmək və qarşıda duran vəzifələrin həlli üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti daha da təkmilləşdirilməlidir.

Müşavirədə Komissiyanın Katibliyinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev ötən müşavirədə verilən tapşırıqlara uyğun olaraq məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.

İclasda Qazax, Bərdə, Qəbələ rayonları və Mingəçevir şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri tapşırıqlar üzrə görülmüş işlər, o cümlədən qeyri-formal məşğulluğun qarşısının alınması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Müşavirədə Ə.Əhmədov əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə həmin komitələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Oktyabrın 4-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib
Oktyabrın 4-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, idarə əməkdaşları və Şəmkir rayon ziyalılarından bir neçə nəfər qocaman müəllimlər Vahid və Kifayət Hacıyevləri ziyarət ediblər
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, idarə əməkdaşları və Şəmkir rayon ziyalılarından bir neçə nəfər qocaman müəllimlər Vahid və Kifayət Hacıyevləri ziyarət ediblər
Kürdəmirdə təhsil işçiləri ilə #TəhsilMasası layihəsinin görüşü keçirilib
Kürdəmirdə təhsil işçiləri ilə #TəhsilMasası layihəsinin görüşü keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev tərəfindən növbəti dəfə vətəndaşlar qəbul edilərək müraciətləri dinlənilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev tərəfindən növbəti dəfə vətəndaşlar qəbul edilərək müraciətləri dinlənilib
5 oktybar-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
5 oktybar-Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev fərqlənən müəllimlərlə görüşərək, onlara "Təşəkkürnamə" təqdim edib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev fərqlənən müəllimlərlə görüşərək, onlara
Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı Sığortası Hovuzunun (TARSİM) nümayəndələri Gəncə şəhərinə səfər ediblər
Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı Sığortası Hovuzunun (TARSİM) nümayəndələri Gəncə şəhərinə səfər ediblər
Şəhid övladları üçün masterklass təşkil edilib
Şəhid övladları üçün masterklass təşkil edilib