veten informasiya agentliyi

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Tarix:3-05-2023, 09:19
Baxış Sayı:305

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Orxan Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxsin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Təbriz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı evin həyətindəki yarımtikilidən 8 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, təkcə cari ilin ötən dövrü ərzində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 57 fakt aşkarlanıb. Həmin faktlar üzrə 14 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, 36 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib. Qanunsuz dövriyyədən 47 kiloqrama yaxın narkotik vasitə çıxarılıb ki, onun da 20 kiloqramdan artığı güclü təsiredici xassəyə malikdir.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı