veten informasiya agentliyi

İsmayıllı rayonunun daha bir kəndi mavi yanacaqla təmin olunub

Tarix:18-04-2023, 16:00
Baxış Sayı:315

İsmayıllı rayonunun daha bir kəndi mavi yanacaqla təmin olunub
İsmayıllı rayonunun daha bir kəndi mavi yanacaqla təmin olunub
İsmayıllı rayonunun daha bir kəndi mavi yanacaqla təmin olunub
İsmayıllı rayonunun daha bir kəndi mavi yanacaqla təmin olunub
İsmayıllı rayonunun daha bir kəndi mavi yanacaqla təmin olunub
Bu gün İsmayıllı rayon #Ağbulaq kəndində mavi yanacağın verilməsi ilə bağlı açılış olub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ölkəmizdə, eləcə də rayonda həyata keçirilmiş layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülmüş işlərdən söhbət açıb. Əhalinin mavi yanacaqla təminatı üçün müasir standartlara uyğun infrastruktur qurulduğunu qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı, dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb və rayon əhalisinin 90 faizinin artıq mavi yanacaqla təmin olunduğunu vurğulayıb. Kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar sevinc hisslərini bölüşüblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
Nahid Bağırov kənd sakinlərinin arzu və təkliflərini dinləyərək, onları narahat edən digər bir sıra problemlərin yaxın gələcəkdə aradan qaldırılması istiqamətində işlərin görüləcəyini qeyd edib.

#Azərbaycan #İsmayıllı #RİH

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı