veten informasiya agentliyi

İsrailli sabiq nazir Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin açarı adlandırıb

Tarix:24-02-2023, 13:00
Baxış Sayı:32

İsrailli sabiq nazir Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin açarı adlandırıb
Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin açarıdır” sərlövhəli məqalə dərc olunub.
İsrail mətbuatında və beynəlxalq mediada Azərbaycanla bağlı mütəmadi müsahibələr və məqalələrlə çıxış edən bu ölkənin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara qələmə aldığı məqalədə qeyd edir ki, Ukraynada müharibə başlayandan etibarən Avropa ciddi enerji böhranı ilə üzləşib. Çünki Ukraynaya təcavüzdən əvvəl Rusiya Avropanın ən böyük təbii qaz tədarükçüsü olub. 2021-ci ildə Avropa İttifaqı 155 milyard kubmetr Rusiya qazı idxal edib ki, bu da Avropada istehlak olunan qazın təxminən 45%-ni təşkil edib.
Eyni zamanda qeyd olunub ki, Qərbin Ukraynaya verdiyi dəstəyin cəzası kimi Rusiya Avropaya qaz tədarükünü dayandıranda qiymətlər nəzarətdən çıxıb və Avropanın belə bir vəziyyətdə qazı necə tədarük edəcəyi ilə bağlı ciddi narahatlıqlar yaranıb. İsrailli politoloq bu qənaətdədir ki, xoşbəxtlikdən Azərbaycan Rusiya qazının çatışmazlığının yaratdığı boşluğu böyük ölçüdə doldurmaqla Avropaya sərt soyuq qışı adlamağa imkan yaradıb.
Sabiq nazir bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verə biləcəyi töhfəni müzakirə etmək üçün keçirilmiş dəyirmi masaya diqqət çəkib və konfransda iştirak etmiş Azərbaycan Prezidenti İlham Əliyevdən iqtibas gətirib: “Keçən il Azərbaycanın qaz tədarükü Avropanın enerji təhlükəsizliyinə qısamüddətli töhfə olmuşdur”. Azərbaycan dövlətinin başçısı ölkəsinin Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair irəli sürdüyü təklifin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli dərəcədə kömək olacağına ümidini ifadə edib.
İsrailli siyasətçi konfransda Azərbaycanın Avropanı təkcə qazla deyil, həm də bərpa olunan enerji mənbələri ilə təmin etməyi planlaşdırdığını və bununla da gələcəkdə bütün dünyada yaşıl enerjinin təşviqinə necə böyük töhfə verə biləcəyini vuğulayıb. O, hesab edir ki, göstərilən səbəbdən Avropanın Azərbaycana lazımi dəyəri verməsi mütləqdir. Avropa bilməlidir ki, Rusiyadan fərqli olaraq, etibarlı tərəfdaş olan Azərbaycan eyni zamanda İran İslam Respublikasına və regiondakı digər radikal qüvvələrə qarşı Qərbin müttəfiqi, xarici investorları cəlb etməyə çalışan müasir dünyəvi çoxmillətli dövlətdir. Avropanın enerji böhranından çıxış yolu olan Azərbaycan bütün qitənin enerji təhlükəsizliyini təmin etməklə Avropada Rusiya qazının olmadığı şəraitdə baş verənlərin bir daha təkrarlanmamasını sığortalamış olur.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://moderndiplomacy.eu/2023/02/22/azerbaijan-is-the-key-to-europes-energy-security/

*DİN-in mətbuat xidmətindən verilən məlumata görə,*
*DİN-in mətbuat xidmətindən verilən məlumata görə,*
Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
DIN hesabat
DIN hesabat
“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”
“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”
Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.
Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.
İsmayıllı rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
İsmayıllı rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə
Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri
Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri