veten informasiya agentliyi

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Astanlı kənd tam orta məktəbində “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib

Tarix:17-01-2023, 13:16
Baxış Sayı:461

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Astanlı kənd tam orta məktəbində “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəisinin Şəxsi Heyətlə İş üzrə Köməkçisi, polis kapitanı Valeh Hətəmov narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb. O, bildirib ki, “Ağ ölüm” adlandırılan narkomaniya cəmiyyət üçün ən böyük bəlalardan biridir və bu maddələrin aludəçisinə çevrilmiş şəxslər həyatlarını tamamilə məhv edirlər. Zərərli vərdişlərə qurşanan gənclər tamamilə cəmiyyətdən təcrid olunur, ailə, əxlaq dəyərlərindən uzaq düşür və bir daha normal həyata qayıda bilmirlər.
“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən digər tədbir iştirakçıları yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir

10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq

Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!

Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı

Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir

Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi

Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?