Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.