Nizami rayonu ərazisində yerləşən lombardların birindən girov qoyulan 2 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əbdürahibov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.