veten informasiya agentliyi

Region gənclərinin məşğulluğuna dəstək məqsədilə Tovuzda əmək yarmarkası təşkil edilib

Tarix:25-11-2022, 20:16
Baxış Sayı:419

Region gənclərinin məşğulluğuna dəstək məqsədilə  Tovuzda əmək yarmarkası təşkil edilib
Region gənclərinin məşğulluğuna dəstək məqsədilə  Tovuzda əmək yarmarkası təşkil edilib
Region gənclərinin məşğulluğuna dəstək məqsədilə  Tovuzda əmək yarmarkası təşkil edilib
Region gənclərinin məşğulluğuna dəstək məqsədilə  Tovuzda əmək yarmarkası təşkil edilib
Gənclərin məşğulluğuna dəstək olmaq, regionlarda mövcud olan vakansiyalar üzrə işsiz və işaxtaran şəxsləri məlumatlandırmaq məqsədilə bu dəfə Tovuz rayonunda əmək yarmarkası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən təşkil edilən yarmarkada Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, gənclər və idman naziri Fərid Qayıbov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və digər qonaqlar iştirak edib.
Tədbirə qatılan vətəndaşlar 22 özəl şirkətin təqdim etdiyi 214 boş iş yeri ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri qəbul edilib.
Yarmarkada, həmçinin Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən tədbirə qatılan gənclərin potensialının gücləndirilməsi məqsədilə canlı konsultasiyalar keçirilib. Daha uzunmüddətli karyera məsləhətinə ehtiyacı olan şəxslərin isə qeydiyyatı aparılıb.
Tədbir çərçivəsində karyera planlaması istiqamətində 2 canlı seminar təşkil olunub. Müasir əmək bazarının tələbləri, effektiv CV/resume hazırlığı mövzularını əhatə edən infosessiyalarda iştirakçılara zəruri məlumatlar təqdim edilib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir

10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq

Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!

Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı

Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir

Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi

Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?