veten informasiya agentliyi

Ağalıda məşğulluğun təmin edilməsi üçün yeni layihə başladı

Tarix:26-10-2022, 16:13
Baxış Sayı:293

Ağalıda məşğulluğun təmin edilməsi  üçün yeni layihə başladı

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində sakinlərin məşğulluğunun təmin edilməsinə yönəlmiş tədbirlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs arasındakı əməkdaşlıq çərçivəsində Ağalı kəndində sosial iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni layihəyə başlanıb.

Layihə çərçivəsində DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.

Bundan əlavə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə əməkdaşlıq həyata keçirilərək 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.

Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?