veten informasiya agentliyi

“Miqrasiya Məktəbi – 4” layihəsinin bağlanış mərasimi keçirilib

Tarix:19-07-2022, 16:37
Baxış Sayı:299

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 4” layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək layihə iştirakçılarına ürək sözlərini bildirib və öz təəssüratlarını bölüşüblər.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək layihədə iştirak edən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 2019-cu ildən hazırki tarixədək Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla reallaşdırılan 4 “Miqrasiya məktəbi” layihəsi gənclərin miqrasiya ilə bağlı biliklərinin artırılmasına və dövlət idarəçiliyinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.
Sonra BMT-nin Miqrasiya Mərkəzi Şəbəkəsi tərəfindən “Miqrasiya məktəbi” layihəsinin bu sahədə həyata keçirilən ən yaxşı təcrübələrdən biri olaraq seçilməsi ilə bağlı şəbəkənin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında yerləşdirilmiş videoçarxı nümayiş olunub.
Sonda “Miqrasiya Məktəbi - 4” layihəsini uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirə müxtəlif dövlət qurumlarının, qeyri hökümət və beynəlxalq təşkilatların təlimçi qismində iştirak edən nümayəndələri də qatılıblar.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunmuş “Miqrasiya Məktəbi – 4” layihəsi çərçivəsində reallaşdırılan 25 təlim DMX-nin aidiyyəti struktur bölmələri ilə yanaşı, layihə üzrə tərəfdaşlar, eləcə də beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər tərəfindən keçirilib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?