veten informasiya agentliyi

Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib

Tarix:1-07-2022, 11:07
Baxış Sayı:127

Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib

Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” regional layihəsi çərçivəsində 27-29 iyun tarixləri arasında Bakıda ardıcıl bir sıra tədbirlər baş tutub.

27-28 iyun tarixində layihənin Regional Rəhbər komitə iclasının görüşü keçirilib. İclasın məqsədi ölkələr üzrə prioritetlərin müzakirəsi, layihənin növbəti fəaliyyətlərinin və iş planlarının təsdiq edilməsi idi. Tədbirin üçüncü günü qonaqlar Cəngi pestisid poliqonuna səfər edərək sahədə yaradılan qabaqcıl şəraitlə və görülən işlərlə tanış olublar. Qeyd edək ki, köhnəlmiş pestisidlərin saxlandığı Cəngi pestisid poliqonunda 217-ton yüksək təhlükəli kimyəvi maddələrin beynəlxalq standartlar əsasında qablaşdırılması işləri hal-hazırda davam etməkdədir.

Tədbirlərdə müvafiq dövlət qurumlarının nümayəndərləri, mütəxəssislər, Türkiyə, Qazaxıstan, Qığızıstan və Tacikistandan olan qaonaqlar iştirak edib. Tədbirin ilk günü pestisidlərlə davranış, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, gender elementlərini əhatə edən texniki təlimlər baş tutub. Gender elementlərini əhatə edən texniki təlimlərdə bu sahəyə aid olan gender aspektləri müzakirə olundu. İki hissədən ibarət olan seminarda pestisidlərin təhlükəsiz istifadəsini təkmilləşdirmək üçün gələcək fəaliyyətlərdə gender bərabərliyinin necə təşviq edilməsinə dair fikirlər səsləndirildi.

FAO-nun kənd təsərrüfatı və layihənin aparıcı texniki mütəxəssisi Tania Santivanez, “Köhnəlmiş pestisidlərin yenidən qablaşdırılması və onların təhlükəsiz və nəzarət edilən ərazidə mühafizəsi məqsədə uyğun bir utilizasiya variantı mövcud olana qədər regionda sağlamlığa dair təhlükələrin və ekoloji risklərin qarşısını almaq üçün mühim addımdır” öz sözlərində bildirib. “Ona görə də hökümətlə əməkdaşlıq çərçivəsində bu mühafizənin düzgün planlaşdırılması və həyata keçirilməsi, həmçinin biliklərin artırılması olduqca vacibdir” deyə o əlavə edib.
FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak: “Sovet dövründə pestisidlərin istehsalı və istifadəsində düzgün idarəetmə və planlaşdırma olmaması səbəbindən Orta Asiya ölkələri və Azərbaycan bunun nəticələrindən təsirlənib. Çoxlu sayda köhnəlmiş pestisidlər hələ də həm ətraf mühit, həm də insan sağlamlığı üçün ciddi təhlükə hesab olunur”. Mələk Çakmak, bu layihənin benefisiar və hökumətləri dəstəkləmək və dayanıqlı həllər yaratmaqla bu problemi həll edə biləcəyini vurğuladı.

Köhnəlmiş pestisidlərin idarə edilməsində dayanıqlı həllərin başlanması üçün Azərbaycanda Cəngi poliqonunda layihə çərçivəsində 217 ton maye polidofen və digər çox uzunömürlü pestisidlərin mühafizəsinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov bildirib ki, “FAO ilə birlikdə Azərbaycanda köhnəlmiş pestisidlərin daha dayanıqlı şəkildə idarə olunması üzərində birgə fəaliyyət göstəririk və bu mühim əhəmiyyət kəsb edən əməkdaşlığın bir başlanğıcıdır.”




2019-cu ildə icrasına start verilmiş layihə çərçivəsində bu günədək bir sıra fəaliyyətlər həyata keçirilib. Ölkə üzrə istifadəyə yararsız pestisidlərin inventarlaşdırılması, hüquqi bazanın təhlili, boşluqların aradan qaldırılması üçün təkliflər, pestisidlərin, xüsusi ilə də daimi üzvi çirkləndiricilərin məhv edilməsi üçün alternativ imkanların öyrənilməsi və müvafiq texniki araşdırmalar ötən müddət ərzində həyata keçirilmişdir. Bununla yanaşı, yüksək təhlükəli pestisidlərin istifadəsinin azaldılması üçün onlara alternativ metodların təşviqi istiqamətində müvafiq dövlət ququrmları ilə birlikdə qabaqcıl kənd təsərrüfatı təcrübələri, o cümlədən zərərvericilərə qarşı inteqrir mübarizə metodlarının tətbiqi məqsədi ilə Xaçmaz, Samux, Şəmkir və Goranboy rayonlarında tərəvəzçilik sahəsində pilot fəlaiyyətlər icra edilib.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə