veten informasiya agentliyi

İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub

Tarix:30-06-2022, 18:26
Baxış Sayı:322

İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “Zərərli vərdişlərlə mübarizədə Qurani-Kərimin təqdim etdiyi həll yolu” mövzusunda seminar keçirilib.
Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Elvüsal Məmmədov çıxışında zərərli vərdişlərin getdikcə artan təhlükəsinə toxunub, Qurani-Kərimin bu problemin həllində təqdim etdiyi çıxış yollarından danışıb. O, qeyd edib ki, mücərrəd-nəzəri biliklər əsasında problemi həll etmək mümkün deyildir. Bu baxımdan, Quran ayələrində bu cür məsələlərə kompleks baxış mövcuddur, çünki natamam və məhdud yanaşma səmərə vermir: “Əlaqədar ayələrin təhlili göstərir ki, zərərli vərdişlərlə mübarizədə Quran nöqteyi-nəzəri maarifləndirmə, yaxşı ilə pisin müqayisəsi, məhdudlaşdırma və qadağa ardıcıllığını əsas götürür. Bu baxımdan, Qurani-Kərimin zərərli vərdişlərlə mübarizə üsuluna tədricilik, ardıcıllıq və mərhələlilik xasdır”.
E.Məmmədov vurğulayıb ki, Quran bu cür vərdişlərin inzibati, yaxud mexaniki formada qadağan edilməsinə deyil, onlardan qənaətbəxş inandırma ilə meydana gələn daxili istək əsasında imtina prinsipinə üstünlük verir.
Seminar müzakirələrlə davam edib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?