veten informasiya agentliyi

İlham Namiq Kamal -73

Tarix:8-01-2022, 17:06
Baxış Sayı:37

İlham Namiq Kamal -73
 
   2022- ci ilin əvvəli, daha dəqiq desək, yanvar ayının 9-da “Şöhrət” ordenli,  Xalq artisti, görkəmli sənətkarımız, milli teatr və kino sənətinin inkişafında  müstəsna xidmətləri olan İlham Namiq Kamalın doğum günüdür. Bu adı   eşidən hər kəsin  dodaqlarına gülüş qonur.  Saysız-hesabsız dramatik və  faciəvi  obrazlar yaradan sənətkarımızın adı gələndə gülməmək mümkün de- yil. Kiçikdən böyüyə, belə demək mümkünsə, yeddidən yetmiş yeddiyə qədər  hamı onu sevir və onun yaratdığı sənət nümunələrini maraqla izləyir.       Bir ailədə iki qardaş, iki sənətkar, iki Xalq artisti görünməyən hadisədir. Bir  qardaşın- İlham Namiq Kamalın- 73, digər qardaşın -Cəfər Namiq Kamalın- 72  yaşı var. 
   Söhbətimiz, daha dəqiq desək, yazımız böyük qardaş-İlham Namiq Kamal haqqındadır. Onun doğum günü ilin əvvəlinə təsadüf edir. Yanvar ayının 9-da aktyor dostumuzun 73 yaşı tamam olur. Əslində bu yaşı ona vermək çox  çətindir.  Uca boyu, düz qaməti və sərrast hərəkətləri ilə sənətkarımız sanki illərə meydan oxuyur. Bircə cavanlıq görüntüsünü pozan, ağ saçlarıdır.  Bu da onun özünün dediyi kimi saçına vurduğu ağ rəngdəndir. Tərif çox oldu- sa, gəlin maşallah deyək ki, sənətkar dostumuza göz dəyməsin.    Onu da qeyd etmək yerinə düşər ki, sənətkarımız görünüşü ilə cavan  olduğu kimi, düşüncə tərzi ilə də cavandır. O, dövrlə ayaqlaşmağı bacarır.   Bəlkə elə bu səbəbdəndir ki, o,daha çox gənclərlə dostluq edir. Amma etiraf   etməliyik ki, əslində onun dostları arasında bütün yaş  və sənət kateqori-  yalarından olan insanlar var. Sənətkarımız onların hər biri ilə öz dillərində danışmağı bacarır. İlham müəllim dünyada baş verən proseslərdən, mədə- niyyət və incəsənət aləmində olan hadisələrdən daim xəbərdar olan insandır. O, maraqlı həmsöhbət, teatr, kino, rəssamlıq və  digər - sahələri incəliyinə qədər dərindən bilən ziyalıdır. Onunla həmsöhbət olan insan  heç vaxt  darıxmaz. Onun maraq dairəsi həddindən artıq genişdir.  
  Onun maraqlanmadığı sahə yoxdur  desəm, yəqin ki səhv etmərəm.  O, dostluqda da, yoldaşlıqda da sədaqətlidir. O, dostluq etməyi bacardığı  üçün, saysız-hesabsız  dostları var.  
   Bir qayda olaraq, həmişə sənətkar özü dostları arayıb, axtarır. Onlardan  nigaran qalır, hal-əhval tutur.Ona dostlardan və tanışlardan zəng gələndə isə,  sevincinin həddi-hüdudu olmur. Onun zəng edənə “Bəli, bəli !” deməyi  istənilən söhbətə giriş olur. 
  İlham Namiq Kamal maraqlı həmsöhbət olmaqla yanaşı, həm də çox yaxşı  məsləhətçidir. O, ensiklopedik və  analitik düşüncə tərzinə malik insandır.   Bu vaxta kimi İlham Namiq Kamal haqqında çox yazılıb, çox deyilib. Onun  yaradıcılıq bioqrafiyası haqqında neçə-neçə məqalələr və kitablar yazılıb,  verilişlər çəkilib.   Aktyorun yaradıcılığını daha çox qroteks komik janrın  tələblərinə cavab verən nümunə hesab ediblər. Amma qeyd etdiyimiz kimi,  İlham Namiq Kamalın bütün janrlarda  yaratdığı obrazları yüksək peşəkar  səviyyədə  təqdim etməyi bacaran sənətkardır. Nümunələr istənilən qədərdir.  İlham Namiq Kamalın pandemiyadan əvvəl və sonra yaratdığı obrazlara  maraq çoxdur. Onlardan bir neçəsini oxucuların diqqətinə çatdıraq.    Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rus bölməsində,Əməkdar  incəsənət xadimi Əli Usupovun quruluşunda Xalq artisti Rauf Hacıyevin  “Qafqazlı qardaşqızı” tamaşasında Bəbirli, Azərbaycan Dövlət Kukla  Teatrında Əməkdar artist Qurban Məsimovun quruluşunda Əməkdar  incəsənət xadimi Rəhman Əlizadənin “Don Kixot Apşeronski” mono tamaşasında  kuklalarla Əhmədağa obrazı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  Əməkdar incəsənət xadimi Haviz Quliyevin quruluşunda dahi Üzeyir Hacıbıylinin “Arşın mal alan” əsərinin tamaşasında
Soltan bəy obrazları İlham Namiq Kamal sənətinin rəngarəngliyindən xəbər verir. 
  Sənətkarımızın axırıncı işlərindən biri S. Rüstəmov və M.S.Ordubadinin “Beş  manatlıq gəlin” komediyasında Kərbəlaye Hüseynəli obrazıdır. 
  Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov- dur.  Yeni quruuluşu ilə əvvəlki tamaşalardan fərqlənən tamaşada İlham    Teatr  hazırda “Bəxtiyar” filminin səhnə versiyası üzərinədə işləyir. Tamaşa- nın quruluşçu  Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyev- dir. 
  İlham Namiq Kamal teatrdakı fəaliyyəti ilə paralel olaraq Azərbaycan 
Döblət Mədəniyyət və İncəsənət Universitetində də pedaqoji fəaliyyətini  davam etdirərək, yetişməkdə olan gənc nəslə zəngin təcrübə, bilik və       bacarığını aşılayır. Sənətkarımız televiziya ekranlarında da həmişə olduğu  kimi maraqlı layihələrə imza atır. Onun özünün tamaşaçı auditoriyası var.  Onlar sənətkardan yeni-yeni layihələr gözləyirlər. Yəqin ki, 2022-ci ildə də  İlham Namiq Kamal pərəstişkarlarını sevindirər.
   İlham Namiq Kamalı doğum günü, Azərbaycan Best Wards mükafatlan- dırma gecəsinin “Zəfər Zirvəsi” və yaradıcılıq uğurlarına görə “Simurq-2021” mükafatları, dünya azərbaycanlılarının həmrəylik günü və 2022-ci il münasi- bətilə təbrik edib, ona möhkəm can sağlığı və yeni, könül xoşlüğü və daha yeni-yeni uğurlar arzusu ilə
                                                                       
   Çingiz Ələsgərli Teatrşünas,dramaturq.


İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
İlham Namiq Kamal -73
                                                                     
                                                                           
    
 
 
 
 
 
 
 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatı
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib
Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Fuad Muradov Devid Harrislə  yəhudi icmaları ilə əməkdaşlıq  imkanlarını müzakirə edib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Keçən il 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Ismayıllıda məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı şiddət haqlı olaraq cəmiyyətin hər bir üzvündə hiddət doğurur
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
Elmi dərəcə alanlara pul mükafatı verilir - REKTOR
"Baytarlıq üzrə kadr çox məhdud saydadır" - İbrahim Cəfərov