veten informasiya agentliyi

Şəhid polkovnik-leytenant Ruslan Tağıyevın şəhadətə qovuşduğu gündür

Tarix:5-11-2021, 10:09
Baxış Sayı:407

Şəhid polkovnik-leytenant Ruslan Tağıyevın şəhadətə qovuşduğu gündür
Şəhid polkovnik-leytenant Ruslan Tağıyevın şəhadətə qovuşduğu gündür
Şəhid polkovnik-leytenant Ruslan Tağıyevın şəhadətə qovuşduğu gündür
Şəhid polkovnik-leytenant Ruslan Tağıyevın şəhadətə qovuşduğu gündür



Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Ruslan Tağıyevın anım günü İsmayıllıda xatirəsinə inşa edilmiş bulağın yanında qeyd olunub.


Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov,millət vəkilləri Novruz Aslanov və Tahir Kərimli, RİH-in məsul əməkdaşları, şəhidin döyüş yoldaşları,ictimaiyyət nümayəndələri,şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər. Öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında dövlət himni səslənib, şəhidin ruhuna dualar oxunub.


Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Ruslan Tağıyevin qısa, lakin şərəfli həyat yolundan bəhs ediblər. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Ruslan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.

Anım mərasimində məktəblilərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə polkovnik-leytenant Ruslan Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?