veten informasiya agentliyi

Kənd Təsərrüfatı Nazirliyinin elmi işçilərinə korporativ etika və ünsiyyət bacarıqları mövzusunda təlim keçirilib

Tarix:13-10-2021, 16:46
Baxış Sayı:523

Kənd təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, əməkdaşların müasir tələblərə uyğunlaşmasının təmin edilməsi məqsədilə korporativ etika və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təlimlər keçirilib.

Təlimlərdə ənənəvi korporativ etika qaydaları ilə yanaşı, müasir dövrdə formalaşmış yanaşmalar, texnoloji vasitələrdən istifadə üzrə təlimat elmi-tədqiqat institutlarının əməkdaşlarının diqqətinə çatdırılıb, onların fikirləri dinlənilib.

Qeyd edək ki, 2020-ci ildən etibarən COVİD-19 pandemiyası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan təlimlər onlayn formata keçirilib. 2021-ci ilin ilk 6 ayı ərzində informasiya texnologiyaları, heyvandarlıq, bitkiçilik, baytarlıq, əkinçilik, tərəvəzçilik, idarəetmə və kargüzarlıqla bağlı 97 yerli və beynəlxalq təlimdən 2933 benefisiar faydalanıb. Eyni zamanda, əməkdaşların əmək bazarının tələblərinə uyğun inkişafını təmin etmək, idarəetmə və təşəbbüskarlıq bacarıqlarını artırmaq, eləcə də yeni əməkdaşların adaptasiya prosesini sürətləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyində təhsil və ixtisaslaşma istiqamətində təlimlər, xaricdə təhsil proqramlarına cəlb etmə və əməkdaşlar arasında müsabiqə tipli müxtəlif tədbirlər icra edilir.

Nazirlikdə insan resursları sahəsində ən son yeniliklər mütəmadi olaraq araşdırılır, onların tətbiqinə əsaslanan fəaliyyətlər, proqramlar və tədbirlər həyata keçirilir.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir