veten informasiya agentliyi

Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

Tarix:13-10-2021, 15:30
Baxış Sayı:523

Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

Bu günədək Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “142 - Çağrı mərkəzi” vasitəsilə 187 şəxs) müraciət edib.
Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.
İlkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan bu mərkəzlərdə 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanı olmaqla 19 quruma aid 26 xidmət göstərilir.

Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:
• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420 müraciət;
• Müdafiə Nazirliyi üzrə 679 müraciət;
• Səhiyyə Nazirliyi üzrə 43 müraciət;
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81 müraciət;
• Yerli icra hakimiyyəti orqanları üzrə 122 müraciət;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37 müraciət;
• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət.
Çağrı mərkəzi–142 üzrə 187 müraciət

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?