veten informasiya agentliyi

Peşə hazırlığında tətbiq edilən yeniliklərlə bağlı təlim keçirilib

Tarix:17-09-2021, 19:36
Baxış Sayı:488

Peşə hazırlığında tətbiq edilən yeniliklərlə bağlı təlim keçirilib
Peşə hazırlığında tətbiq edilən yeniliklərlə bağlı təlim keçirilib

Peşə hazırlığı prosesinin təşkili ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı, Göyçay, Gəncə Peşə Hazırlığı Mərkəzlərinin və Ərazi Məşğulluq Filiallarının əməkdaşları üçün “Modul strukturlu və səriştə əsaslı tədris proqramlarının və tədris planlarının tərtib olunması” mövzusunda təlim keçirilib.

Təlimdə iştirakçılara peşə hazırlığı prosesinin “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na uyğun olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi üzrə həyata keçirilməsi, aktual peşələr (və ya ixtisaslar), elecə də onların modul strukturlu və səriştəəsaslı tədris proqramlarının və tədris planlarının tərtib olunması qaydası izah edilib və müzakirələr aparılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili” qaydasına edilmiş dəyişikliyə əsasən peşə hazırlığı dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

Dəyişikliklərə uyğun olaraq peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, effektivliyinin artırılması, eləcə də işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların aktiv əmək bazarına cəlb edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən irimiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb.




Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?