veten informasiya agentliyi

İcra başçısı prezidentə qarşı: Xətaidə yenə “ağac terroru”

Tarix:12-05-2017, 10:03
Baxış Sayı:767

İcra başçısı prezidentə qarşı: Xətaidə yenə “ağac terroru”

















Paytaxtın Xətai rayonu icra başçısı Razim Məmmədov yaşıllıqların qəniminə çevrilib. Bu rayon illərdir ki, ağaclar məhv edilir

Ancaq icra hakimininin arxası möhkəmdir, ona batan olmur. Odur ki, dəfələrlə Xətai rayonunda ağacların kəsilməsi və yerində obyekt tikilməsi faktları ictimailəşsə də, bir xeyri olmayıb.

Rayonun Əbilov qəsəbəsində yerləşən 8 saylı binanın qarşısında da eyni mənzərədir. Bir iş adamı yaşıllıqları məhv edərək yerində obyekt tikdirir.

Bu tikintinin qanunsuz olduğu deyilir. Lakin sahibkarın bu qanunsuz tikintisinə müdaxilə edilmir. Deyilənə görə, həmin şəxs icra başçısı ilə hesablaşıb.

Prezident yaşıllıqlara qənim kəsilən biznesmenlərə, məmurlara qarşı amansız olsa da, bəziləri əməllərindən çəkinmirlər. R.Məmmədov da onlardan biridir və Xətaini istədiyi kimi idarə edir, istədiyi kimi satır.

Müxtəlif vaxtlarda aparılmış araşdırmaların nəticəsinə əsasən qeyd etmək olar ki, bu gün Bakıdakı yaşıl "soyqırım" vəhşətləri daha çox Razim Məmmədovun icra başçısı olduğu Xətai rayonunda yaşanır.

Ümumiyyətlə, Xətai Rayon İcra Hakimiyyətinin başçısının yol verdiyi nöqsanlar bitib-tükənmək bilmir.
Əksər hallarda adı bəzi maliyyə əməliyyatlarında, torpaq satışında hallandırılan Razim Məmmədov demək olar ki, vəzifədə oturduğu illər ərzində yerli əhalinin etimadını doğrultmağı bacarmayıb.

Bu səbəbdən də, rayon sakinləri mütəmadi olaraq icra başçısının törətdiyi əməllərlə bağlı ya kütləvi informasiya vasitələrinə, ya da aidiyyəti dövlət qurumlarına müraciət edirlər. Lakin, nədənsə rəsmi qurumlar hələlik Razim Məmmədovun rəvac verdiyi problemlərlərlə bağlı mövqe sərgiləməyiblər.

Ulus.Az xəbər verir ki, rayonun Əbilov qəsəbəsində sakinlər sözügedən tikintinin dayandırılmasını, həmin şəxsin ekoloji cinayətinə görə cərimələnməsini tələb edirlər.

Onu da nəzərinizə çatdıraq ki, son zamanlar Xətai rayonunda "yaşıl soyqırım"la yanaşı, qanunsuz tikililər də ciddi problemə çevrilib.

Belə ki, rayon icra hakimiyyətinin rəhbərliyi əksər vətəndaşlara qadağan olunmuş ərazilərdə fərdi yaşayış evi, eləcə də obyekt tikməyə icazə verib.

Hətta buna görə bir neçə il əvvəl Xətai Rayon Prokurorluğu icra hakimiyyətini və bir neçə fiziki şəxsi eyni iş üzrə məhkəməyə verib. Məlumata görə, iddiaya Xətai Rayon Məhkəməsində baxılıb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısının yol verdiyi nöqsanlarla bağlı yuxarılara ünvanlanan şikayətlərin rəsmi qurumlara çatdığını və bundan sonra Razim Məmmədova olan münasibətin xeyli dəyişdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, artıq onun məsələsi müzakirə mərhələsindədir.

Prezident Administrasiyasının da olub-bitənlərdən xəbəri var. Odur ki, Razim Məmmədovun tutduğu postdan uzaqlaşdırılması an məsələsidir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?