veten informasiya agentliyi

Şəhid ailəsinin torpağı əlindən alındı?!

Tarix:21-01-2021, 16:33
Baxış Sayı:532


Şəhid ailəsinin torpağı əlindən alındı?!

Ağstafa rayonunda Şəhid ailəsinin torpağını əlindən alan Sənan Mustafayev və İlqar Hacıyevin iş birliyinin arxasında nələr dayanır?

Ağstafa rayonunda vəzifəli şəxslərin özbaşnalığından bundan öncəki yazılarımızda da bəhs etmişdik. Bu dəfə isə Ağstafa rayonunun Baş Memarı Sənan Mustafayevin və rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən İlqar Hacıyevin Şəhid ailəsinə qarşı etdiyi qanunsuzluqlardan danışacağıq. Bu qanunsuzluqlardan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucovun xəbəri varmı?

Belə ki, redaksiyamıza müraciət edən İsgəndərova Əntiqə Qəhrəman qızı yuxarıda adlarını çəkdiyimiz hər iki vəzifəli şəxsdən şikayətçi olduğunu bildirib. Məlumat üçün qeyd edək ki, Əntiqə xanımın oğlu İsgəndərov Pərviz Hacıməmməd oğlu 1-ci Qarabağ müharibəsində Şəhid olub. Nəvəsi İsgəndərov Pərvin Pərviz oğlu isə 2020- ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Şəhid olub.

Vətəni üçün iki övladını Şəhid verən İsgəndərovlar ailəsi Ağstafa rayonunun Qarahəsənli kəndindən 2013-2014- ci illərdə daş karxanası işlətmək üçün 3 hektar, fermer təsərrüfatı yaratmaq üçün isə 2.6 hektar torpaq sahəsi alır. Torpağın alqı-satqısı üçün dəfələrlə dövlət rüsumu ödənilsə də heç bir rəsmi sənəd təqdim edilməyib. Bundan başqa torpağın satışı üçün Şəhid ailəsindən yuxarıda adlarını çəkdiyimiz şəxslər tərəfindən 16 min ABŞ dolları rüşvət olaraq alınıb. Şəhid ailəsinə "satılan" torpaqda 60 metr uzunluğunda mal tövləsi və digər saxlanıc yerləri tikilib. Tikintiyə Sənan Mustafayev və İlqar Hacıyev tərəfindən "sərəncam" verilsə də Çıxarış alınmayıb. Buna səbəb isə Şəhid ailəsinin aldadıldığı və qanunsuzluqla üzləşməsi olub. Son 3 ilə yaxın müddətdə isə həmin ərazi bu işbazlar tərəfindən Akkord Şirkətlər Qrupuna satılıb. Bu müddət ərzində adı çəkilən şirkət həmin ərazidən şirkətin fəaliyyətinə uyğun olaraq istifadə edib. Bu gün iki övladını Şəhid verən ailə verdikləri 16 min dolları geri ala bilmir və aldıqları torpaqlarına sahiblənə bilmir. Dəfələrlə Sənan Mustafayevə və İlqar Hacıyevə problemin həllinə kömək etməkləri deyilsə də hər dəfə cavab eyni olub: Get kimə istəyirsən şikayət elə! Əminliklə qeyd etmək istəyirik ki, Ağstafa rayonunda Şəhid ailəsinə qarşı edilən bu özbaşnalığa rayon İcra Hakimiyyətinin Başçısı cənab Seymur Orucuv öz ədalətli mövqeyini əsirgəməyəcək. Şəhid ailəsinin tələbi onlara dəymiş ziyanın ödənilməsi və bu problemin ədalətli həllidir.

P.S. Bu problemlə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə