veten informasiya agentliyi

İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub

Tarix:30-12-2020, 18:39
Baxış Sayı:34

İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan döyüşçülər və ailələri ilə növbəti görüş olub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi onları evlərində ziyarət ediblər.

Pandemiya qaydalarına uyğun baş tutan ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışılıb. Qazilər döyüşlərlə bağlı öz təsüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
RİH başçısı onları “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə təbrik edib həmçinin, bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

Qazilər və ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub
İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub
İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub
İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub
İsmayıllıda qazilərin ailələri ilə növbəti ziyarət baş tutub

İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Ömrü İşıq olan İnsan!
Ömrü İşıq olan İnsan!
Şərəfli alim ömrü
Şərəfli alim ömrü