veten informasiya agentliyi

İsmayıllının ucqar dağ kəndlərinə yol çəkilir

Tarix:4-11-2020, 10:21
Baxış Sayı:470

İsmayıllının ucqar dağ kəndlərinə yol çəkilir

Rayonun Tağlabiyan, Kəlfərəc və Mücü kəndlərinə ilk dəfə asfalt yol çəkilir. Bu kəndlər dəniz səviyyəsindən 1500 metrdən yüksək hündürlükdə olmaqla, rayon mərkəzindən 40 kilometrdən çox məsafədə yerləşir. Basqal qəsəbəsindən başlayaraq bu kəndlərə çəkilən yolun uzunluğu ümumilikdə 10 kilometrdir. Burada yol yatağı yenidən qurulur, körpü və suötürücü kollektorlar quraşdırılır və asfalt döşənir. İşlər “İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Prezident İlham Әliyev 2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə әlaqәdar sәrәncam imzalayıb. Həmin sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq ərazidə tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılır, həmçinin ənənəvi xalq sənətkarlığı növlərinin və turizmin dirçəldilməsi də nəzərdə tutulur.
Bundan əlavə, 17.6 hektarlıq ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi tikilir.
İsmayıllının ucqar dağ kəndlərinə yol çəkilirİsmayıllının ucqar dağ kəndlərinə yol çəkilirİsmayıllının ucqar dağ kəndlərinə yol çəkilirİsmayıllının ucqar dağ kəndlərinə yol çəkilirİsmayıllının ucqar dağ kəndlərinə yol çəkilirİsmayıllının ucqar dağ kəndlərinə yol çəkilir

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?