veten informasiya agentliyi

Sabah səhər yağış yağacaq

Tarix:7-09-2020, 10:33
Baxış Sayı:1 643

Sabah səhər yağış yağacaq

Sentyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 8-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz: Sentyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə olunub
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Dövlət Proqramından irəli gələn  vəzifələr müzakirə olunub
Qazi, şəhid ailəsi və Vətən müharibəsi iştirakçıları işə götürülmədi? – Nazirə kollektiv şikayət
Qazi, şəhid ailəsi və Vətən müharibəsi iştirakçıları işə götürülmədi? – Nazirə kollektiv şikayət
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
İstanbulda Bakıya qarşı aksiyasının şifrələri – sifarişçilər kimdir?
İstanbulda Bakıya qarşı aksiyasının şifrələri – sifarişçilər kimdir?
İsmayıl Kartal: "Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir"
İsmayıl Kartal: "Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir"
Polşa qırıcıları şərq sərhədinə göndərdi - Rusiyadan təhlükə gözlənilir?
Polşa qırıcıları şərq sərhədinə göndərdi - Rusiyadan təhlükə gözlənilir?
Mirzoyan İrana gedir
Mirzoyan İrana gedir