veten informasiya agentliyi

İsmayıllıda növbəti onlayn qəbul keçirilib

Tarix:3-09-2020, 16:17
Baxış Sayı:449

İsmayıllıda növbəti onlayn qəbul keçirilib


RİH başçısı tərəfindən şəhid atası və Qarabağ müharibəsi əlilləri onlayn qaydada qəbul edilib. Müraciət edən Mollaisaqlı kənd sakini, şəhid atası Bağıyev Qnyaz nəvəsinin ödənişli təhsil aldığına görə gəlininin işlə təmin edilməsini xahiş edib. Qarabağ müharibəsi əlilləri isə mənzil və həyətyanı torpaq sahəsi, həmçinin evlərinə qaz, su və elektrik xətlərinin çəkilməsi ilə bağlı problemlərindən danışıblar. Qəbulda rayon rəhbəri tərəfindən müraciətlərin bəzisi ilə bağlı qanunamüvafiq izahat verilib, digərləri ilə bağlı aidiyyatı üzrə tapşırıqların veriləcəyi bildirilib.

Məlumat üçün bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün dövlət orqanlarında qəbullar dayandırılıb. Cənab Prezident İlham Əliyev çıxışlarında məmurlara ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamağı tapşırıb. Bu səbəbdən RİH başçısı tərəfindən imtiyazlı vətəndaşlar mütamadi olaraq onlayn qəbul edilir.
İsmayıllıda növbəti onlayn qəbul keçirilib
İsmayıllıda növbəti onlayn qəbul keçirilib
İsmayıllıda növbəti onlayn qəbul keçirilib
İsmayıllıda növbəti onlayn qəbul keçirilib

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?