veten informasiya agentliyi

Prezidentin və Birinci vitse-prezidentin qəti mövqeyi: Güzəşt olmayacaq!

Tarix:14-07-2020, 10:34
Baxış Sayı:527

Prezidentin və Birinci vitse-prezidentin qəti mövqeyi: Güzəşt olmayacaq!

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz istiqamətindəki mövqelərini artilleriya atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, hazırda Ermənistan-Azərbaycan sərhəddində şiddətli döyüşlər gedir. Azərbaycan ordusunun cavab zərbələrinə baxmayaraq, qarşı tərəfin silahları hələ ki susmayıb.

İki gündür davam edən döyüşlər 2016-cı ilin “aprel döyüşləri”ni xatırladır. Həmin döyüşlərdə Azərbaycan Ordusu erməni hərbi birləşmələrinə sarsıdıcı zərbə endirmişdi. Bu hadisə Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi də hesab edilir. Məhz həmin döyüşlərdən sonra rəsmi Bakı Qarabağla bağlı danışıqlarda Ermənistanın sərgilədiyi mövqeyə adekvat olaraq sərt ritorikaya üstünlük verməyə başlayıb.

Hazırda baş verənlərə gəlincə, Ermənistanın “iyul təxribatı” rəsmi İrəvanın diqqəti daxili problemlərdən yayındırmaq cəhdi hesab edilir. Paşinyan və komandası ağır sosial-iqtisadi, eyni zamanda siyasi böhran keçirən Ermənistanda narazılıqların kəskin şəkildə artdğını görüb diqqəti Azərbaycanla müharibəyə cəlb etmək istəyir. Bu əlbəttə ki, ehtimallardan biridir. Başqa versiyalar da var. Məsələn, belə ehtimallar var ki, Ermənistanın qəfil hücumu yeni ərazilər işğal etməklə Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlarda Azərbaycanı təslimçi sülhə imza atmaq məcbur etmək istəyi ilə də bağlı ola bilər.

Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələrinə, eyni zamanda Avropa İttifaqı və digər beynəlxalq qurumların çağırışlarına baxmayaraq ciddi-cəhdlə döyüşləri davam etdirməsi bu ehtimalı bir qədər də artırır.

Azərbaycan Prezidenti İlham Əliyevin “iyul təxribatı” ilə bağlı Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışı zamanı rəsmi Bakının işğal faktı ilə barışmayacağını xüsusi vurğu ilə bəyan etməsi də təsadüfi deyil. “Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”, - deyə ölkə başçısı bildirib.

İlham Əliyevin bu mesajı kifayət qədər aydındır. Mümkündür ki, bu mesaj həm də Ermənistanın xaricdəki dayaqlarına ünvanlanıb.

Prezidentin ardınca ölkənin Birinci-vitse prezidenti Mehriban Əliyeva da bu mövzuda kifayət sərt ritorika ilə danışıb və o da vurğunu Azərbaycanın işğalla barışmayacağının üzərinə qoyub.

Əlbəttə ölkənin birinci və ikinci şəxslərinin bu fikirlərində qeyri-adi heç nə yoxdur. Qeyri-adilik bunun əksi ola bilərdi. Amma məsələ burasındadır ki, hər iki şəxsin məhz indiki məqamda rəsmi Bakının işğal faktı ilə barışmayacağını bəyan etməsi Ermənistan-Azərbaycan münaqişəsi ətrafında hansısa məkrli proseslərin getdiyini göstərir. Ki, ölkə rəhbərliyi bu mesajı verməklə Azərbaycanın milli maraqlarına heç bir halda zərbə vurulmasına imkan verilməyəciyini açıq şəkildə bəyan edir.

Yenisabah.az

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?