veten informasiya agentliyi

Azərbaycanda vəzifəli şəxs həbs edildi

Tarix:31-05-2020, 09:47
Baxış Sayı:609

Azərbaycanda vəzifəli şəxs həbs edildi


Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Via.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Masallı rayonun Ərkivan-Kosakül ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq qazılıb daşınması barədə Masallı rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Masallı rayon Ərkivan bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Anar Rəcəbovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq 2015-2016-cı illər ərzində bələdiyyənin mülkiyyətində olan 5 hektar kənd təsərrüfatı kateqoriyalı, örüş təyinatlı torpaq sahələrinin xüsusi texnikanın köməkliyi ilə qazılaraq gil və qum çınqıl yatağının daşınması nəticəsində yararsız vəziyyətə salınmasına şərait yaradıb təbiətə ümumilikdə 644 min manat məbləğində ziyan vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?