veten informasiya agentliyi

ABŞ-dan Türkiyəyə daha bir zərbə — Suriyada PKK ordusu yaradılır

Tarix:15-01-2018, 10:52
Baxış Sayı:612

ABŞ-dan Türkiyəyə daha bir zərbə — Suriyada PKK ordusu yaradılır














ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır.
AZTB.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün ABŞ-ın rəhbərliyi altında Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib.

Açıqlamada bildirilib ki, koalisiyanın Suriya Demokratik Qüvvələri ilə yaradacağı bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır. Suriya Demokratik Qüvvələrinin əsasını PYD/YPG təşkil edir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi.

ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?