veten informasiya agentliyi

Yaponiyada yeni hökümət quruldu

Tarix:3-08-2017, 10:18
Baxış Sayı:796

Yaponiyada yeni hökümət quruldu














Yaponiya hökuməti baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib.

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr Baş nazir tərəfindən qəbul edilib.

İstefa verən hökumət öz vəzifələrini günün ikinci yarısına qədər formal şəkildə davam etdirəcək. Məhz həmin vaxt yeni kabinetin tərkibinin elan ediləcəyi gözlənilir. Yerli KİV-in verdiyi məlumata görə, Baş nazir yeni kabinetdə müdafiə və xarici işlər nazirləri də daxil olmaqla nazirlərin yarısını dəyişməyi planlaşdırır.

Xatırladaq ki, Yaponiya hökumətinin tərkibində dəyişikliklər hakim Liberal Demokratik Partiyasının və onun lideri Baş nazir Şinzo Abenin reytinqinin aşağı düşməsi fonunda baş verib. Ş.Abe Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklər yolu ilə düşməkdə davam edən reytinqi və seçicilərin inamını bərpa etməyə çalışır.

Yaponiyada Nazirlər Kabinetində aparılan yerdəyişmələr sonunda yeni xarici işlər naziri əvvəllər İnzibati İslahatlar üzrə Nazirliyin rəhbəri olmuş Taro Kono olub. Ölkənin yeni müdafiə naziri isə əvvəllər də bu postu tutmuş İtsunori Onoeru olub.

Okinava və Şimal əraziləri üzrə nazir postuna isə Tetsuma Esaki təyin edilib.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı