veten informasiya agentliyi

İrandan etiraf: “Bütün yolları bağladılar”

Tarix:3-12-2019, 11:36
Baxış Sayı:547

İrandan etiraf: “Bütün yolları bağladılar”


İranın Birinci vitse-prezidenti İshaq Cihangiri ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin Rəsmi Tehranı çökdürmək üçün əlindən gələni etdiklərini deyib. “Amerikalılar son 2 ildə ölkə iqtisadiyyatının bütün yollarını bağladılar. ABŞ rəhbərliyi İranın ehtiyaclarının böyük hissəsini qarşılayan məhsulları təsbit edərək, neftdən sonra neft-kimya, alüminium, polad, nəqliyyat və sığorta şirkətlərini də sanksiyalarla əhatə edib”.

Xarici mediaya xəbər verir ki, Cihangiri, ABŞ-ın İran iqtisadiyyatı üçün infrastruktur və həlledici əhəmiyyət daşıyan maddələrə qarşı sanksiyalar tətbiq etdiyini və hətta çox yaxın münasibətləri olan “İranla dost ölkələr”in də neft almağa cəsarət etmədiyini söyləyib.

Son iki ildə baş verən bütün iqtisadi və psixoloji təzyiqlərə baxmayaraq, ağır şərtlər qarşısında ayaqları üstündə dayandıqlarını deyən vitse-prezident “ABŞ iqtisadi və psixoloji sahədə tətbiq etdikləri maksimum təzyiq politikası ilə İranın neft ixracatını sıfıra endirməyi bacarmadı. Neftimizi başqa üsullarla satmağı bacarırıq” sözlərini dilə gətirib. /konkret.az/

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?