veten informasiya agentliyi

Lukaşenko 7-ci dəfə prezident seçildi

Tarix:27-01-2025, 10:51
Baxış Sayı:187

Lukaşenko 7-ci dəfə prezident seçildiİlkin məlumatlara görə, Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində qalib gəlib - seçicilərin 86,82 faizi ona səs verib.

Bunu jurnalistlərə açıqlamasında Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib.

"Belarus Respublikasını təbrik edə bilərsiniz, biz prezident seçmişik", - o bildirib.

Belarus Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də elan edəcək.

70 yaşlı Lukaşenko Belarusun ilk və hazırda yeganə prezidentidir - əslində o, bu vəzifəni 1994-cü il iyulun 20-dən tutur. Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 26-da Belarusda keçirilən prezident seçkilərində yekun seçici fəallığı 85,7% təşkil edib. Ümumilikdə 5,3 mindən çox seçki məntəqəsində 6,9 milyondan çox vətəndaş səs verib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir