veten informasiya agentliyi

QHT-lərin fəaliyyətinə nəzarət gücləndirilir

Tarix:Dünən, 10:00
Baxış Sayı:2

QHT-lərin fəaliyyətinə nəzarət gücləndirilir

Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı qaydaların dəyişdirilməsi təklif olunur.
Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, QHT-lərin fəaliyyətinin dayandırılması üçün yeni əsaslar müəyyən edilir. Bu əsaslara təşkilatların fəaliyyətində şəffaflığın təmin edilməməsi, korrupsiya hüquqpozmalarının, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericilik tələblərinin yerinə yetirilməməsi daxildir.

Bundan başqa, ictimai birliklərin icra orqanlarının, fondların prezidentlərinin və ya idarə heyətlərinin, eləcə də xarici QHT filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti başa çatdıqdan sonra üç ay ərzində dövlət reyestrində müvafiq dəyişiklik edilməməsi də fəaliyyətin dayandırılması üçün əsas kimi müəyyənləşdirilir.

Layihədə təşkilatların ləğvi üçün də yeni hallar nəzərdə tutulur. Belə ki, QHT-nin ardıcıl üç il ərzində ümumi yığıncağının çağırılmaması, üç ildən artıq müddətdə fəaliyyət göstərməməsi və ya qanunla müəyyən edilmiş növlərdən birinə, eləcə də nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərməməsi ləğvetmə əsasları sırasına daxil edilir.

Qanun layihəsinə görə, ləğvetmə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi