veten informasiya agentliyi

Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın

Tarix:Bu gün, 11:18
Baxış Sayı:2



ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Tim Qallodet yadplanetlilərin Yer okeanlarının dərinliklərində gizlənə biləcəyini iddia edib.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) keçmiş rəhbəri Qallodetin sözlərinə görə, bəşəriyyət okeanların yalnız təxminən 10 faizini araşdırıb. Buna görə də yadplanetlilər aşkarlanmamaq üçün okeanların öyrənilməmiş ərazilərindən istifadə edə bilərlər.

O, bəzi videolarda naməlum obyektlərin suya heç bir dalğa yaratmadan daxil olduğunu bildirib və belə texnologiyaların insanların imkanlarını üstələdiyini vurğulayıb.

Digər tərəfdən, UNO tədqiqatçısı Skott Uorrinq Kanadanın Nunavut bölgəsində yadplanetlilərə məxsus sualtı bazanın girişini aşkar etdiyini iddia edib. O, həmin ərazinin sualtı dronlarla araşdırılmasını təklif edib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Devid Qruş da hökumətin yadplanetlilərə aid olduğu iddia edilən sualtı obyektlər barədə məlumatlı olduğunu söyləyib.

Lakin ABŞ hərbçiləri və Ağ Ev UNO-ların yadplanetli kosmik aparatları olduğunu təsdiqləyən maddi sübutların mövcud olmadığını bildirirlər.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müasir çağırışlar və gələcək prioritetlər kontekstində
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müasir çağırışlar və gələcək prioritetlər kontekstində
Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi
Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - Yeni qiymətlər
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - Yeni qiymətlər
Nyu-Yorkda qızılca faciəsi: 30 il sonra ilk ölüm...
Nyu-Yorkda qızılca faciəsi: 30 il sonra ilk ölüm...
Bu gün yeni ombudsman seçiləcək
Bu gün yeni ombudsman seçiləcək
Suriya İsrailin hücumuna hazırlaşır: Dəməşq strateji qurumları köçürür
Suriya İsrailin hücumuna hazırlaşır: Dəməşq strateji qurumları köçürür
Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir
Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir
Qırmızı Körpüdə 433 mobil telefon aşkarlandı
Qırmızı Körpüdə 433 mobil telefon aşkarlandı