veten informasiya agentliyi

BİTKİ MÜHAFİZƏSİ ÜZRƏ YENİ ELMİ NƏŞRLƏR TƏQDİM EDİLİB

Tarix:Bu gün, 10:01
Baxış Sayı:1


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə sahəsində elmi biliklərin yayılması və istehsalatda tətbiqinin təşviqi məqsədilə hazırlanmış yeni elmi-praktik köməkçi vəsaitlərin təqdimatı keçirilib.

Təqdimatda institutun nəşr etdirdiyi “Fındıq bitkisinin xəstəlik və zərərvericiləri”, “Nar bitkisinin xəstəlik və zərərvericiləri”, “Günəbaxan bitkisinin xəstəlik və zərərvericiləri” və “Şərq xurması bitkisinin xəstəlik və zərərvericiləri” adlı yeni nəşrlər təqdim edilib.

Vəsaitlərdə müvafiq bitkilərdə rast gəlinən əsas xəstəlik və zərərvericilər, onların bioloji xüsusiyyətləri, yayılma dinamikası, bitkilərə vurduqları zərər və mübarizə tədbirləri elmi-praktik baxımdan işıqlandırılıb. Nəşrlər bitki mühafizəsi sahəsində müasir elmi yanaşmaların və praktiki biliklərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Tədbirdə vurğulanıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması, fitosanitar vəziyyətin sağlamlaşdırılması, məhsuldarlığın və məhsul keyfiyyətinin qorunması aqrar istehsalın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan hazırlanmış köməkçi vəsaitlər fermerlər, aqrar sahə mütəxəssisləri, bitki mühafizəsi üzrə mütəxəssislər, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün faydalı elmi-praktik mənbə kimi nəzərdə tutulub.

İnstitutun elmi-tədqiqat fəaliyyətinin nəticələrinin nəşrlər vasitəsilə aqrar ictimaiyyətə çatdırılması, elmi biliklərin istehsalatla əlaqələndirilməsi və bitki mühafizəsi sahəsində maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.






Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müasir çağırışlar və gələcək prioritetlər kontekstində
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müasir çağırışlar və gələcək prioritetlər kontekstində
Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi
Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - Yeni qiymətlər
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - Yeni qiymətlər
Nyu-Yorkda qızılca faciəsi: 30 il sonra ilk ölüm...
Nyu-Yorkda qızılca faciəsi: 30 il sonra ilk ölüm...
Bu gün yeni ombudsman seçiləcək
Bu gün yeni ombudsman seçiləcək
Suriya İsrailin hücumuna hazırlaşır: Dəməşq strateji qurumları köçürür
Suriya İsrailin hücumuna hazırlaşır: Dəməşq strateji qurumları köçürür
Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir
Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir
Qırmızı Körpüdə 433 mobil telefon aşkarlandı
Qırmızı Körpüdə 433 mobil telefon aşkarlandı