veten informasiya agentliyi

Rusiya ayı hücumlarının qarşısını almaq üçün yol axtarır: Deputatlardan qeyri-adi təklif

Tarix:Dünən, 10:49
Baxış Sayı:2



Rusiyada ayıların yaşayış məntəqələrinə hücumlarının qarşısını almaq üçün maraqlı təklif irəli sürülüb. Kommunist Partiyasının (KPRF) Dövlət Dumasındakı deputatları və senator Ayrат Gibatdinov vaxtı keçmiş ərzaq məhsullarının meşələrə və heyvan sığınacaqlarına göndərilməsini təklif ediblər.

Bununla bağlı parlament üzvləri Baş nazirin müavini Dmitri Patruşevə müraciət ünvanlayıblar.

Təşəbbüsə əsasən, yararlılıq müddəti bitmiş ərzaqlar, müsadirə edilmiş balıq məhsulları və ölkəyə gətirilməsi qadağan olunan kənd təsərrüfatı məhsullarının bir hissəsi məhv edilmək əvəzinə heyvanların yemlənməsinə yönəldilə bilər.

Deputatların fikrincə, bu addım xüsusilə son vaxtlar kəskinləşən “ayı probleminin” həllinə kömək edə bilər.

Senator Ayrат Gibatdinov “Gazeta.Ru”ya açıqlamasında ayıların meşədən yaşayış məntəqələrinə çıxmasının səbəbinin aclıq olduğunu bildirib. Onun sözlərinə görə, bu il qeydə alınan görüntülərdə insan məskənlərinə üz tutan ayıların xeyli arıqladığı görünür. Halbuki heyvanlar qışa hazırlaşmaq üçün kifayət qədər piy ehtiyatı toplamalıdırlar.

“Onların yeməyə bir şeyi olsaydı, niyə insanların yanına gəlsinlər? Bu heyvanlar üçün məhsulların təzə olması vacib deyil. Buna görə də qanunla məhv edilməli olan vaxtı keçmiş ərzaqları, müsadirə edilmiş balıq və kənd təsərrüfatı məhsullarını ayıların yaşadığı meşə ərazilərinə daşımaq məntiqli çıxış yolu olardı”, - senator qeyd edib.

Gibatdinov əlavə edib ki, vaxtı keçmiş ərzaqlar heyvan sığınacaqlarına da göndərilə bilər. Çünki belə müəssisələrdə yem çatışmazlığı daim aktual problemdir.

Qeyd edək ki, oktyabrın sonunda Rusiyanın Sverdlovsk vilayətinin İvdel şəhərində ac ayı evə girərək oranı dağıtmışdı.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müasir çağırışlar və gələcək prioritetlər kontekstində
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müasir çağırışlar və gələcək prioritetlər kontekstində
Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi
Şuşa – Zəfərin, milli qürurun və zəngin mədəni irsimizin rəmzi
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - Yeni qiymətlər
Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? - Yeni qiymətlər
Nyu-Yorkda qızılca faciəsi: 30 il sonra ilk ölüm...
Nyu-Yorkda qızılca faciəsi: 30 il sonra ilk ölüm...
Bu gün yeni ombudsman seçiləcək
Bu gün yeni ombudsman seçiləcək
Suriya İsrailin hücumuna hazırlaşır: Dəməşq strateji qurumları köçürür
Suriya İsrailin hücumuna hazırlaşır: Dəməşq strateji qurumları köçürür
Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir
Bu ölkə Ukrayna ordusunun bərpası üçün hərəkətə keçdi: Hərbçi göndərir
Qırmızı Körpüdə 433 mobil telefon aşkarlandı
Qırmızı Körpüdə 433 mobil telefon aşkarlandı