veten informasiya agentliyi

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

Tarix:Dünən, 15:47
Baxış Sayı:3



Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Dietoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb.

Mütəxəssisin sözlərini “Daily Mirror” nəşri yayıb.

Dietoloq vurğulayıb ki, virusları müalicə edən və ya onlardan tam qoruyan xüsusi qida mövcud deyil. Onun sözlərinə görə, xəstəliklərə qarşı möcüzəvi məhsul axtarmaqdansa, qida maddələri ilə zəngin, müxtəlif və təbii məhsullardan ibarət yeməklərə üstünlük vermək lazımdır.

Koks immun sisteminin fəaliyyətini dəstəkləmək üçün yağlı balıq, yumurta, ət, süd məhsulları və paxlalı bitkilərin müntəzəm istehlakını tövsiyə edib. O, həmçinin kifayət qədər zülal qəbul etməyin vacibliyini qeyd edib. D vitamini və sinklə zəngin qidaların rasiona əlavə olunması da faydalı hesab edilir.

Bununla belə, dietoloq düzgün qidalanmanın virusa yoluxmadan qorunmağa zəmanət vermədiyini bildirib.

Soyuqdəymə mövsümündə yoluxma riskini azaltmaq üçün əlləri tez-tez yumaq, qapalı məkanları havalandırmaq, kifayət qədər yatmaq və tövsiyə olunan peyvəndləri vurdurmaq da məsləhət görülür.

146 cinayətkar qrup zərərsizləşdirildi - DİN
146 cinayətkar qrup zərərsizləşdirildi - DİN
Xərçəngin bu növündə sağalma ehtimalı 100 faizdir
Xərçəngin bu növündə sağalma ehtimalı 100 faizdir
Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq
Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq
Bu ölkə İngiltərədən tələb etdi: Qızıllarımızı qaytarın
Bu ölkə İngiltərədən tələb etdi: Qızıllarımızı qaytarın
Diabet xəstələrinə MÜJDƏ: Bu vitamin yaddaşı qoruya bilər
Diabet xəstələrinə MÜJDƏ: Bu vitamin yaddaşı qoruya bilər
Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
Sabah bu ərazidə qaz olmayacaq
Sabah bu ərazidə qaz olmayacaq
Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir - FOTO
Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir - FOTO