veten informasiya agentliyi

Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu

Tarix:Dünən, 09:00
Baxış Sayı:0



Üzüstü, arxasıüstə və ya böyrü üstə... Günün yorğunluğunu çıxarmaq üçün yatağa girəndə seçdiyimiz duruş şəkli bütün sağlamlığımıza birbaşa təsir edirmiş. Mütəxəssislərin "bədəni əslində yeniləyən tək pozisiya" adlandırdıqları həmin yatmaq forması və edilən ən böyük yuxu səhvi açıqlanıb.

Səhərlər yataqdan yorğun qalxır, səbəbsiz bel, boyun və kürək ağrılarından əziyyət çəkirsinizsə, problem yatağınızda deyil, yatmaq tərzinizdə ola bilər. Yuxu pozuntuları, onurğa sağlamlığı və nevrologiya mütəxəssisləri insan bədəninin gecə boyu özünü bərpa edə bilməsi üçün ən ideal pozisiyanı araşdırıblar. Aparılan tədqiqatlar əhalinin böyük bir hissəsinin fərqində olmadan bədənə zərər verən pozisiyalarda yatdığını ortaya qoyub.

Üzüstü yatanlara qorxudan xəbərdarlıq
Araşdırmalarda ən çox xəbərdarlıq edilən pozisiyaların başında üzüstü yatış gəlir. Mütəxəssislər üzüstü yatmağın onurğanın təbii əyriliyini tamamilə pozduğunu və boyun əzələlərinə həddindən artıq yük saldığını vurğulayırlar. Gecə boyu nəfəs ala bilmək üçün boynu tək bir tərəfə çevirmək zamanla xroniki yırtıq riskini artırır və daxili orqanlara da təzyiq göstərir. Arxasıüstə yatış isə onurğanın düzgün yerləşməsi üçün ən ideal seçimlərdən biri hesab edilsə də, xorultu və reflü şikayəti olanlar üçün böyük risk daşıyır.

Ən sağlam pozisiya bəlli oldu
Nevroloqlar, ortopedlər və qastroenteroloqların ortaq rəy bildirdiyi "ən sağlam yuxu pozisiyası" sol tərəfə dönük yatış olaraq elan edilib. Sol böyrü üstə yatıb yuxulamaq ürəyə gedən əsas damarlardakı təzyiqi azaldaraq qan dövranını yaxşılaşdırır, mədə turşusunun qida borusuna qaçmasının qarşısını alır və mədənin fəaliyyətini təbii anatomik axınına buraxır. Digər tərəfdən, beyindəki zərərli tullantıların və bədəndəki limfa mayesinin gecə boyu təmizlənməsini sürətləndirir.

Belə yatanlar gecə boyu yenilənir
Mütəxəssislər sol böyrü üstə yatan şəxslərin səhərlər daha gümrah və ağrısız oyandıqlarını qeyd edirlər. Əgər sağ tərəfə və ya üzüstü yatmağa öyrəşmisinizsə, dizlərinizin arasına kiçik bir yastıq qoyub sol böyrünüzə keçməklə bu sağlam vərdişə bir neçə gün ərzində uyğunlaşa bilərsiniz.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
İstanbulda Bakıya qarşı aksiyasının şifrələri – sifarişçilər kimdir?
İstanbulda Bakıya qarşı aksiyasının şifrələri – sifarişçilər kimdir?
İsmayıl Kartal: "Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir"
İsmayıl Kartal: "Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir"
Polşa qırıcıları şərq sərhədinə göndərdi - Rusiyadan təhlükə gözlənilir?
Polşa qırıcıları şərq sərhədinə göndərdi - Rusiyadan təhlükə gözlənilir?
Mirzoyan İrana gedir
Mirzoyan İrana gedir
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi
Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verildi
Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verildi