veten informasiya agentliyi

Hərbi Memorial Məzarlığa ziyarət başlayıb

Tarix:27-09-2026, 11:00
Baxış Sayı:2



Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb.

Dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, şəhər sakinləri, eləcə də ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edirlər.

Ziyarətçilər şəhidlərin məzarları önünə əklillər qoyur və onların xatirəsini yad edirlər.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada törətdiyi növbəti irimiqyaslı təxribatların, hərbi aktivliyin qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə rəşadətli Azərbaycan Ordusu əks-həmlə əməliyyatına start verib.

Ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə endirilən düşmən zərbələrinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan bu əks-hücum sonradan "Dəmir yumruq" adını alaraq Zəfərlə yekunlaşan Vətən müharibəsinə çevrilib.[b][/b]

Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
Sabunçuda lombarddan oğurluq hadisəsi qeydə alındı
Sabunçuda lombarddan oğurluq hadisəsi qeydə alındı
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi
Ermənistan silah istehsalına başlayır - Hindistanla plan üzə çıxdı
Ermənistan silah istehsalına başlayır - Hindistanla plan üzə çıxdı