![]()
Nyu-Yorkda yaxınlaşan fırtına ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
Bu barədə ştatın qubernatoru Keti Hokul “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət Nassau, Suffolk, Nyu-York və Uestçester dairələrində elan olunub.
“Uzunmüddətli leysan yağışları, sahilyanı ərazilərdə daşqınlar və güclü küləklər gözlənilir”, – deyə Hokul yazıb.
Qubernator bildirib ki, əlverişsiz hava şəraitinin ən ciddi fəsadlarının sentyabrın 25-i axşam saatlarından gələn həftənin əvvəlinədək sahilyanı ərazilərdə müşahidə olunacağı gözlənilir.