![]()
İran münaqişəyə son qoyulması ilə bağlı razılaşmanın tərkib hissəsi olacağı təqdirdə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərinin ölkəyə daxil olmasına icazə verə bilər.
Bunu İran Prezidenti Məsud Pezeşkian CBS telekanalına müsahibəsində bildirib.
Pezeşkian qeyd edib ki, müfəttişlərin yoxlamalar aparması məsələsi məsləhətləşmələr yolu ilə razılaşdırıla bilər.