veten informasiya agentliyi

Almanlara müharibə xəbərdarlığı - “Müdafiəyə hazırlaşın”

Tarix:18-09-2026, 08:35
Baxış Sayı:3



Almaniya sakinləri müdafiəyə hazırlaşmalıdırlar.

Bunu Bundesverin rəhbəri Karsten Breuer Praqada müdafiə məsələlərinə həsr olunmuş konfrans zamanı bildirib.

Onun sözlərinə görə, müdafiə işinə sənayenin və vətəndaş cəmiyyətinin cəlb olunması zəruridir. Baş müfəttiş bunun ordunun özünün dəf edə bilməyəcəyi hibrid təhdidlərlə bağlı olduğunu bildirib.

“Siz olmadan biz, hərbçilər, uğursuzluğa məhkumuq. Uğursuzluq o demək olardı ki, bizim tanıdığımız şəkildə cəmiyyətlərimiz təhlükə qarşısında qalacaq”, - Bundesverin rəhbəri deyib.

Sentyabrın 16-da “Bloomberg” agentliyi Almaniyanın Soyuq müharibə dövrünə aid yeraltı xəstəxanaları bərpa etdiyini və NATO ilə Rusiya arasında münaqişə yaranacağı təqdirdə yaralıların qəbuluna mülki xəstəxanaları hazırladığını bildirib. Bundesverin hesablamalarına görə, hər gün 1000-dək yaralı hərbçi gətirilə bilər. Bunlar Almaniyanın Rusiya ilə müharibəyə hazırlıq tədbirlərinin heç də yeganə istiqamətləri deyil.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi