
Brüssel Ermənistanı özünün resurs və işçi qüvvəsi mənbəyi kimi görür və vədləri müvəqqətidir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi açıqlamada bildirib.
Diplomatın sözlərinə görə, Ermənistan üçün "gözəl Avropa gələcəyi" vədləri müvəqqətidir və yalnız Brüsselin yanaşmasının "utilitar" mahiyyətini vurğulayır.
Diplomat qeyd edib ki, Avropa öz "hüquqlarını" sadəcə resurs və işçi qüvvəsi mənbəyi, eləcə də öz mal və xidmətləri üçün sənayesi olmayan bir bazar kimi görür. Qaluzin bildirib ki, bütün bunlara görə yüksək qiymət ödənilməlidir.