veten informasiya agentliyi

Georgi Baramidze həbs olundu

Tarix:12-09-2026, 19:11
Baxış Sayı:1



Gürcüstanda vətənə xəyanət və sabotajda ittiham olunan müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Georgi Baramidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Tiflis Şəhər Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında qərar qəbul edib.

Qeyd edək ki, Georgi Baramidze ötən gün evində saxlanılıb. Günahının sübuta yetiriləcəyi təqdirdə onu 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, G.Baramidze Mixail Saakaşvilinin prezidentliyi dövründə tanınmış siyasətçilərdən olub. O, 2003-2004-cü illərdə daxili işlər, 2004-cü ildə isə müdafiə naziri vəzifələrində çalışıb. Daha sonra o, Avropa və avrointeqrasiya məsələləri üzrə dövlət naziri, 2006-2012-ci illərdə isə Gürcüstan baş nazirinin müavini postlarını tutub. "Gürcü Arzusu" partiyasının hakimiyyətə gəlməsindən sonra siyasi fəaliyyətini müxalifətdə davam etdirib, 2012-2016-cı illərdə Gürcüstan parlamentinin deputatı olub.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi