veten informasiya agentliyi

"Tesla" milyonlarla avtomobili geri çağırır - Səbəb

Tarix:22-08-2026, 10:31
Baxış Sayı:3



"Tesla" şirkəti qapıların fövqəladə vəziyyətdə açılmasını çətinləşdirə bilən problem səbəbindən Çində 2,98 milyon avtomobili geri çağırır. Bu, şirkətin Çindəki ən böyük geri çağırma kampaniyalarından biridir.

Geri çağırılan avtomobillərdə salondakı mexaniki qəza qapı tutacaqları interyerin rənginə çox yaxın olduğundan onları tapmaq və istifadə etmək çətin ola bilər. Xüsusilə ciddi qəza zamanı avtomobilin aşağı gərginlik sistemi sıradan çıxarsa, bu problem sərnişinlərin avtomobildən çıxmasına və kənardakı şəxslərin onları xilas etməsinə mane ola bilir.

Çində ümumilikdə 11 avtomobil istehsalçısının 4,3 milyondan çox avtomobili bu problemlə əlaqədar geri çağırılır. "Tesla" ilə yanaşı, onun yerli rəqibi "Xiaomi" də 390 mindən çox SU7 modelini geri çağıracaq.

Çin hakimiyyəti 2027-ci ildən yeni avtomobillərdə gizli və ya çölə açılan elektron qapı tutacaqlarının istifadəsini məhdudlaşdıracaq. Yeni tələblərin əsas məqsədi qəza zamanı sərnişinlərin avtomobildən daha asan çıxmasını təmin etməkdir.

"Tesla" geri çağırılan avtomobillərdə problemi pulsuz proqram təminatı yeniləməsi və xəbərdarlıq nişanlarının əlavə edilməsi ilə aradan qaldıracaq. Şirkət həmçinin qəza zamanı şüşələrin avtomatik endirilməsi funksiyasını tətbiq edəcək.

Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Bu gün hava yağmursuz keçəcək
Bu gün hava yağmursuz keçəcək
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
DMX Rusiya vətəndaşlarına çağırış etdi
DMX Rusiya vətəndaşlarına çağırış etdi
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
Milli Məclisin plenar iclası başladı
Milli Məclisin plenar iclası başladı
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi