veten informasiya agentliyi

Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var

Tarix:4-08-2026, 09:24
Baxış Sayı:38

Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var

Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.

Onun sözlərinə görə, səhər saatlarında hava hücumundan müdafiə qüvvələri PUA hücumunu dəf etsə də, Novoselki sənaye zonasında pilotsuz aparatların düşməsi nəticəsində bir neçə yanğın baş verib. Ən böyük yanğın anbarlardan birində qeydə alınıb və artıq açıq alov söndürülüb.

"İlkin məlumata görə, beş nəfər həlak olub, altı nəfər yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir", - Vorobyov "Telegram" kanalında yazıb.

Hücum nəticəsində elektrik yarımstansiyası və inzibati bina da zədələnib. Hadisə yerində yanğınsöndürənlər və digər fövqəladə xidmətlər işləyirlər.

Zərbənin əsas fəsadları Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novoselki sənaye zonasından başqa, Solnışkovo kəndində PUA qalıqları fərdi yaşayış evinə və avtomobilə ziyan vurub.

Eyni zamanda, Rusiyanın digər bölgələri də PUA hücumuna məruz qalıb. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 17 pilotsuz aparatı vurub. Tosno rayonunun Krasnıy Bor qəsəbəsi yaxınlığındakı anbar zonası zədələnib, 1 nəfər yaralanıb.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə bildirib ki, bölgə üzərində 40-a yaxın PUA məhv edilib. İlkin məlumata görə, burada xəsarət alan və dağıntı qeydə alınmayıb.

Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
Sabunçuda lombarddan oğurluq hadisəsi qeydə alındı
Sabunçuda lombarddan oğurluq hadisəsi qeydə alındı
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi
Ermənistan silah istehsalına başlayır - Hindistanla plan üzə çıxdı
Ermənistan silah istehsalına başlayır - Hindistanla plan üzə çıxdı