veten informasiya agentliyi

Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Tarix:Bu gün, 09:34
Baxış Sayı:9

Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Dünya ticarətinin ən mühüm dəniz qapılarından sayılan Bosfor və Dardanel boğazlarından keçid bahalaşıb. Türkiyənin tranzit rüsumlarını növbəti dəfə artırması ilk baxışda yalnız gəmiçilik sektoruna aid qərar kimi görünsə də, ekspertlər hesab edirlər ki, bu dəyişiklik Qara dəniz hövzəsində yükdaşımalara, logistika xərclərinə və region ölkələrinin ticarət əlaqələrinə də müəyyən təsir göstərə bilər.

Xüsusilə Qara dəniz marşrutu ilə idxal və ixrac həyata keçirən ölkələr üçün əlavə xərclərin yaranacağı bildirilir. Bunun fonunda diqqət çəkən əsas suallardan biri də qərarın Azərbaycan iqtisadiyyatına mümkün təsirləridir.

Liberal İqtisadçılar Birliyinin sədri mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Bosfor və Dardanel boğazlarında tranzit haqlarının artırılması Azərbaycanın xarici ticarətinə əsasən dolayı təsir göstərəcək. Onun sözlərinə görə, Qara dəniz istiqamətində daşınan yüklər üzrə logistika xərcləri müəyyən qədər arta bilər və bu əlavə xərclərin bir hissəsi yükdaşıma tariflərinə daxil edilə bilər. Bununla belə, rüsum artımı ümumi daşınma xərclərinin yalnız bir hissəsini təşkil etdiyindən təsirin məhdud olacağı gözlənilir.
İqtisadçı qeyd edib ki, Azərbaycanın idxal və ixrac əməliyyatlarında Qara dəniz marşrutundan istifadə edən şirkətlər müəyyən əlavə xərclərlə üzləşə bilərlər. Xüsusilə taxıl, metal, neft məhsulları və konteyner daşımalarında nəqliyyat tariflərinin cüzi artması mümkündür. Bunun bəzi məhsulların maya dəyərinə təsir göstərə biləcəyini deyən A.Nəsirli hesab edir ki, bu amil onların beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini ciddi şəkildə zəiflədəcək səviyyədə deyil.

Onun sözlərinə görə, Azərbaycanın əsas enerji ixracı boru kəmərləri vasitəsilə həyata keçirildiyi üçün Türkiyənin qərarının neft və qaz ixracına birbaşa təsiri yoxdur. Digər qeyri-neft məhsullarında isə daşınma xərclərinin artması daha çox seçilən marşrutdan və logistika zəncirinin strukturundan asılı olacaq.

A.Nəsirli vurğulayıb ki, bu qərar alternativ nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırır və Orta Dəhlizin inkişafına marağı gücləndirə bilər. Onun fikrincə, Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi fonunda Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirmək imkanı qazana bilər. İqtisadçı hesab edir ki, dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artırarsa, ölkə həm tranzit gəlirlərini yüksəldə, həm də regional logistika mərkəzi kimi rolunu gücləndirə bilər:" Bu baxımdan, Türkiyənin qərarı qısamüddətli dövrdə bəzi daşınma xərclərini artırsa da, uzunmüddətli perspektivdə alternativ nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirən amillərdən biri kimi qiymətləndirilə bilər".

Azərbaycanda müəllim vəfat etdi
Azərbaycanda müəllim vəfat etdi
Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Anomal istilər dünyanı təhdid edir: Əsrlər boyu əmələ gələn buzlar 3 ayda yox olacaq
Anomal istilər dünyanı təhdid edir: Əsrlər boyu əmələ gələn buzlar 3 ayda yox olacaq
Niyə bu qədər ucuzdur? - 12 manata satılan quzu əti ilə bağlı ekspert rəyi
Niyə bu qədər ucuzdur? - 12 manata satılan quzu əti ilə bağlı ekspert rəyi
Fransa hərbi qüvvələr göndərdi - Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün...
Fransa hərbi qüvvələr göndərdi - Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün...
Bu ölkə əcnəbilərin əmək istismarına qarşı mübarizəni gücləndirdi
Bu ölkə əcnəbilərin əmək istismarına qarşı mübarizəni gücləndirdi
Qızıl almaq istəyənlərin nəzərinə: payıza qədər...
Qızıl almaq istəyənlərin nəzərinə: payıza qədər...
İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi