veten informasiya agentliyi

Bu ölkə əcnəbilərin əmək istismarına qarşı mübarizəni gücləndirdi

Tarix:4-07-2026, 09:29
Baxış Sayı:42

Bu ölkə əcnəbilərin əmək istismarına qarşı mübarizəni gücləndirdi

Finlandiya hökuməti xarici işçilərin əmək istismarına qarşı mübarizəni gücləndirməyə yönəlmiş yeni qanun layihəsi hazırlayıb. Sənəd artıq ictimai müzakirəyə çıxarılıb, parlamentdə baxılması isə bu ilin payızına planlaşdırılır. Qanun qəbul ediləcəyi təqdirdə, yeni qaydaların gələn ilin mart ayında qüvvəyə minməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, Finlandiya Miqrasiya Xidməti əmək istismarında şübhəli bilinən işəgötürənlərə yaşayış icazələrinin verilməsindən imtina etmək, eləcə də qanun pozuntusuna yol verən şirkətlər üçün bu icazələri müvəqqəti olaraq dayandırmaq səlahiyyəti əldə edəcək.

Bundan əlavə, işəgötürənlərə xarici işçilərdən işə qəbul haqqı tələb etmək qadağan ediləcək. Bu tələbin pozulması yaşayış icazəsinin verilməsindən imtina üçün əsas kimi qiymətləndiriləcək.

Qanun layihəsi həmçinin mövsümi işçilərlə bağlı qanunvericiliyə texniki dəyişikliklərin edilməsini, eləcə də xarici işçilərin müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Bu çərçivədə əmək hüquqları barədə məlumatların bir neçə dildə təqdim olunması və etik beynəlxalq işə qəbul prinsiplərinin təşviqi kimi tədbirlərin genişləndirilməsi planlaşdırılır.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar