veten informasiya agentliyi

Türkiyədə 95 yaşlı məşhur milyarderə cinayət işi açıldı

Tarix:Bu gün, 13:27
Baxış Sayı:6

Türkiyədə 95 yaşlı məşhur milyarderə cinayət işi açıldı


Türkiyədə 95 yaşlı milyarder Rahmi Koça cinayət işi açılıb.

Buna səbəb iş adamının kürd qadınla bağlı etdiyi zarafat olub. Cinayət işinin başlanması təşəbbüsü ilə İzmir Baş Prokurorluğu çıxış edib.

Hadisə "American Hospital"ın açılış mərasimində baş verib. Tədbirdə Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım da daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər iştirak ediblər.

Milyarderin çıxışının videosu qısa müddətdə sosial şəbəkələrdə və mediada yayılaraq geniş rezonans doğurub.

Prokurorluğun açıqlamasında qeyd olunub ki, Rahmi Koçun səsləndirdiyi ifadələr müəyyən əhali qrupuna qarşı yönəlmiş və cəmiyyət üçün alçaldıcı xarakter daşıyan fikirlər kimi qiymətləndirilib. İstintaq orqanları iş adamının hərəkətlərini etnik mənsubiyyət, din, sosial status və cinsiyyət əlamətlərinə görə insanları ictimai şəkildə alçaltmaq kimi dəyərləndirib.

Rahmi Koçun sözləri ictimaiyyət tərəfindən də sərt tənqid olunub. Hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömer Çelik iş adamından üzr istəməyi tələb edib. O bildirib ki, "kürd qadını" ifadəsinin aşağılayıcı tonda işlədilməsi ümumi qəbul olunmuş dəyərlərə ziddir və bunu yumorla əsaslandırmaq mümkün deyil.

Daha sonra Rahmi Koçun fəxri sədri olduğu "Koç Holding" rəsmi üzrxahlıq bəyanatı yayıb. Bəyanatda qeyd olunub ki, iş adamı söylədiyi sözlərə görə səmimi şəkildə təəssüf hissi keçirir və heç kəsi təhqir etmək niyyətində olmayıb.

Rahmi Koç Türkiyənin ən varlı şəxslərindən biri hesab olunur. Onun şəxsi sərvətinin təxminən 2,4 milyard dollar olduğu bildirilir. Koç ailəsi isə ölkənin ən zəngin ailələrindən biridir.

Məlumata görə, mübahisəli çıxışın səsləndirildiyi xəstəxananın tikintisinə Rahmi Koç tərəfindən 150 milyon dollar investisiya yatırılıb. /Lent.az

DÇ-də ehtiyat oyunçular matçı paltardəyişmə otağından izləyəcəklər?
DÇ-də ehtiyat oyunçular matçı paltardəyişmə otağından izləyəcəklər?
Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Dövlət qulluğuna qəbul imtahanı keçirilir
Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
Ermənistan hələ Aİ-yə namizəd statusuna hazır deyil - İrəvandan etiraf
Ermənistan hələ Aİ-yə namizəd statusuna hazır deyil - İrəvandan etiraf
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
Ağacdan tut yığarkən öldü
Ağacdan tut yığarkən öldü
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər